Türkiyədən İsrailə: "Bu cür alçaq hərəkətlər qəbuledilməzdir"

Türkiyədən İsrailə:
Yayınlanma tarixi: 5/9/2023 3:22:46 PM

"İsrail qüvvələrinin bu gün Qəzzada həyata keçirdiyi və qadın və uşaqların da olduğu fələstinlilərin ölümü ilə nəticələnən hücumları pisləyirik"

Türkiyə İsrailin Qəzzada həyata keçirdiyi hücumları pisləyib və şəhid olan fələstinlilərə başsağlığı verib.

İslamazeri.com xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi hücuma “Bu cür alçaq hərəkətlər heç bir halda qəbuledilməzdir” sözləri ilə reaksiya verib.

Türkiyə Xarici İşlər Nazirliyi sionist rejimin Qəzzaya həyata keçirdiyi hücumlarla bağlı yazılı açıqlama verib və bu hücumların qəbuledilməz olduğunu vurğulayıb.

Türkiyə Xarici İşlər Nazirliyindən verilən açıqlamada bildirilib:

"İsrail qüvvələrinin bu gün Qəzzada həyata keçirdiyi və qadın və uşaqların da olduğu fələstinlilərin ölümü ilə nəticələnən hücumları pisləyirik. Bu cür alçaq hərəkətlər heç bir halda qəbuledilməzdir. Biz bu hücumların dərhal, daha çox insan itkisi olmadan və regionda yeni münaqişə spiralına səbəb olmadan sonlandırılmasını gözləyirik. Hücumda həyatını itirən fələstinli qardaş və bacılarımıza Allah rəhmət eləsin, Fələstin dövlətinə və xalqına başsağlığı veririk.".

GÜNÜN MANŞETLERİ

İsrail Livanda quru əməliyyatına hazırlaşır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livanda quru əməliyyatına hazırlaşır

8/13/2026 4:06:16 PM
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib

8/13/2026 3:27:24 PM
İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Livandakı yaşayış məntəqələrini sistemli şəkildə dağıdır

8/13/2026 3:24:17 PM
Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır
ÖLKƏ / MÜXTƏLİF

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

8/13/2026 3:08:36 PM