İrandan Hörmüz boğazı ilə bağlı yeni bir xəbərdarlıq

İrandan Hörmüz boğazı ilə bağlı yeni bir xəbərdarlıq
Yayınlanma tarixi: 7/29/2026 5:11:59 PM

İrandan Hörmüz boğazı ilə bağlı yeni bir xəbərdarlıq.

İslamazeri.com xəbər verir ki, İrandan Hörmüz boğazı ilə bağlı xəbərdarlıqlar gəlməyə davam etdiyindən, Tehran administrasiyası boğazdan keçidlə bağlı yeni və sərt mesajlar verib.

İran dövlət mediası Xatəmül-Ənbiya Mərkəzi Qərargahından Hörmüz boğazı ilə bağlı yeni bir xəbərdarlıq dərc edib.

Qərargahın sözçüsü İbrahim Zülfiqari bildirib ki, Körfəzdə zədələnmiş gəmilərə dondurulmuş İran aktivlərindən kompensasiya ödəməyə razı olan heç bir şirkət və ya ölkəyə Hörmüz boğazından keçməyə icazə verilməyəcək.

Zülfiqari həmçinin Trampın İran hücumları nəticəsində zədələnmiş gəmilərə dondurulmuş İran aktivlərindən kompensasiya ödəniləcəyi barədə açıqlamasını qəti şəkildə rədd edib.

GÜNÜN MANŞETLERİ