ABŞ-dan etiraf: İranla müharibədə 18 əsgərimiz ölüb, 624-ü yaralanıb.
İslamazeri.com xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) son hesabatında 28 fevralda İrana qarşı müharibənin başlamasından bəri 18 Amerika əsgərinin öldüyünü və 624 nəfərin yaralandığını açıqlayıb.
Pentaqon bu hesabatda İranın son qisas hücumlarında 4 Amerika əsgərinin öldüyünü və 140 nəfərin yaralandığını bildirdib
Bir neçə gün əvvəl ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İraq və İordaniyada xidmət edən əsgərləri arasında itkilər olduğunu açıqlayıb.
CENTCOM Şimali İraqda İrana məxsus intiharçı pilotsuz təyyarəsinin zərərsizləşdirilməsi zamanı bir Amerika əsgərinin öldüyünü və digərinin yaralandığını, eləcə də İranın Müvəffəq əs-Səlti (Əzraq) bazasına hücumunda daha üç Amerika əsgərinin öldüyünü bildirib.
Bu inkişaf bəzi ABŞ qanunvericilərini İrana qarşı müharibəyə son qoymağa çağırıb.
Digər tərəfdən, İrandakı Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı bir neçə gün əvvəl ABŞ qüvvələrinə qarşı aparılan müharibədə sabit və elan edilmiş bir tənliyin qəbul edildiyini açıqlayıb.
Qərargahda bildirilib ki, "Şəhid olan hər bir dəyərli İran İslam Respublikası vətəndaşı üçün hər bir Amerika elementinin taleyi ölüm olacaq".