İraqda qanlı hücum: Həşdi Şabinin qərargahları hədəfə alındı

İraqda qanlı hücum: Həşdi Şabinin qərargahları hədəfə alındı
Yayınlanma tarixi: 7/29/2026 1:10:01 PM

İraqda qanlı hücum: Həşdi Şabinin qərargahları hədəfə alındı

İraqın Həşdi Şabi ABŞ və Səudiyyənin birgə həyata keçirdiyi hücumlarla bağlı həyatını itirən və yaralılarla bağlı açıqlama yayıb.

İslamazeri.com xəbər verir ki, bir neçə vilayətdəki rəsmi qərargahlarını hədəf alan hücumların ilkin nəticələrinə əsasən, Həşdi Şabi Heyəti bu gün, çərşənbə günü (29 iyul 2026-cı il) ən azı 20 əməkdaşının şəhid olduğunu və 32 nəfərin yaralandığını bildirib.

Heyətin verdiyi bəyanatda deyilir: “Müştərək ABŞ-Səudiyyə təcavüzünün İraqın bir neçə vilayətində Həşdi Şabi Heyətinin bir sıra rəsmi qərargahlarını hədəf alan terror hücumları nəticəsində, son olmayan məlumatlara görə, ən azı 20 mücahid şəhid olub, 32 nəfər isə yaralanıb”.

Bəyanatda həmçinin “Toplanmış məlumatlara əsasən, hücumlar Heyətin Bağdad, Vasıt, Neynəva, Bəsrə, Kərkük, Kərbəla və Diyalə vilayətlərindəki qərargahlarını əhatə edib. Bu da bir sıra qərargahlara, hərbi nəqliyyat vasitələrinə və avadanlıqlara müxtəlif dərəcəli maddi ziyan dəyməsi ilə nəticələnib”, -deyə qeyd edilir.

Təşkilat daha öncə  bu hücumu son dərəcə təhlükəli bir gərginlik, İraqın suverenliyinin pozulması və onun rəsmi təhlükəsizlik qurumlarının hədəf alınması kimi qiymətləndirmişdi.

İraqın baş naziri Əli Faleh əz-Zeydi təhlükəsizlik sahəsindəki son proseslər və bu gün sübh tezdən ölkənin məruz qaldığı hava zərbələri ilə əlaqədar Milli Təhlükəsizlik Nazirlər Şurasının təcili iclasının keçirilməsi barədə göstəriş verib.

Yaxın vaxtlarda veriləcək bəyanatda vəziyyətin təfərrüatlarının və qəbul edilən qərarların yer alacağı gözlənilir.

Təhlükəsizlik Mediya Şəbəkəsi bəyanatında bildirib ki, “Baş nazir və Silahlı Qüvvələrin Ali Baş Komandanı Əli Faleh əz-Zeydi Milli Təhlükəsizlik Nazirlər Şurasının təcili iclasının keçirilməsinə dair göstəriş verib”.

Bəyanatda əlavə olunub ki, iclasın keçirilməsi təhlükəsizlik vəziyyətindəki son proseslər və bu gün sübh tezdən ölkənin məruz qaldığı hava zərbələri ilə bağlıdır.

GÜNÜN MANŞETLERİ

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq
ÖLKƏ / MÜXTƏLİF

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq

7/29/2026 12:55:59 PM
Yəməndə Səudiyyə Ərəbistanına məxsus casus PUA-sı vurulub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

Yəməndə Səudiyyə Ərəbistanına məxsus casus PUA-sı vurulub

7/29/2026 11:51:54 AM