Ayətullah Müctəba Xameneidən Hizbullaha DƏSTƏK MESAJI

Ayətullah Müctəba Xameneidən Hizbullaha DƏSTƏK MESAJI
Yayınlanma tarixi: 7/27/2026 5:51:19 PM

Ayətullah Müctəba Xameneidən Hizbullaha DƏSTƏK MESAJI

İslamazeri.com xəbər verir ki, İranın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Xamenei Livan müqavimət döyüşçülərinə dəstəyin İranın strateji prinsipi olduğunu və bu xəttin qətiyyətlə davam edəcəyini vurğulayıb.

Ayətullah Seyid Müctəba Xamenei Hizbullahın baş katibi Şeyx Naim Qasım və Livan müqavimət döyüşçülərinin göndərdiyi məktuba rəsmi olaraq cavab verib.

Ayətullah Xamenei Hizbullah komandirlərinin və döyüşçülərinin qətiyyətini yüksək qiymətləndirib.

Ali Rəhbər dünya xalqının ABŞ-ın zülmündən və torpaqları və nəsilləri məhv etməyə çalışan sionist rejimin cinayətlərindən bezdiyini və bu qlobal ədalətsizliyə qarşı yeganə çıxış yolunun "cihad və müqavimət" olduğunu bildirib. Daha sonra əlavə edib: "Bu yolda müqavimət haqq yolundakı mücahidlərə vəd edilmiş ilahi qələbəni gətirəcək".

Məktubda deyilir: "Cihadçı hərəkatların öncülü olan Hizbullah, sionist rejimin və onun tərəfdarlarının amansız hücumlarına qarşı möhkəm dayanaraq, qlobal təkəbbür mərkəzinin və onun kuklalarının zülmündən qaçmaq istəyən bütün azad millətlər üçün ilham mənbəyinə çevrilib".

Məktubda vurğulanır ki, İran İslam İnqilabının şəhid lideri Ayətullah Seyid Əli Xameneinin müəyyən etdiyi yolu izləyərək məzlum və qətiyyətli mücahidləri müdafiə etməyi strateji siyasətə çevirib. Məktubda daha sonra deyilir: “Livanın ərazi bütövlüyünün qorunması və sionist rejimin hücumlarının qeyd-şərtsiz və tamamilə dayandırılması təcavüzkar ABŞ ilə istənilən danışıqların əsas şərtləri hesab olunur”.

GÜNÜN MANŞETLERİ