Massi: İsrail naminə ABŞ-nin müdafiə sistemi və ehtiyatları tükəndirildi
İslamazeri.com xəbər verir ki, Respublikaçı Nümayəndə Tomas Massi İranla müharibənin ABŞ-ı "ciddi şəkildə" zəiflətdiyini bildirib və Tramp administrasiyasını "İsrail naminə" ölkənin hərbi və iqtisadi resurslarını tükəndirməkdə günahlandırıb.
Massi hazırkı administrasiyanın ölkənin raketdən müdafiə sistemlərini sıradan çıxardığını, neft ehtiyatlarını tükəndirdiyini və "İsrail naminə" Amerika əsgərlərini qurban verdiyini bildirib.
Respublikaçı nümayəndə həmçinin müharibənin istehlak qiymətlərini qaldırdığını, dövlət borcunu artırdığını və ABŞ-ın daxili ehtiyaclarını arxa plana keçirdiyini bildirib.