İran XİN rəsmisindən Azərbaycanla bağlı açıqlama

İran XİN rəsmisindən Azərbaycanla bağlı açıqlama
Yayınlanma tarixi: 16.04.2024 09:24:34

Azərbaycan Respublikasının İranda diplomatik fəaliyyətinin bərpası üçün yaxşı hazırlıqlar görülüb və hər iki tərəfin prezidentləri səviyyəsində yaxşı danışıqlar aparılıb

İslamazeri.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmisi Nasir Kənani bildirib.

“Ümumi konsensus var ki, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrinin, o cümlədən iqtisadi əməkdaşlığın inkişafı ilə yanaşı, həm də siyasi və diplomatik sahədə əməkdaşlıq inkişaf edəcək və biz Azərbaycan Respublikasının İranda yenidən fəaliyyətinin şahidi olacağıq”, – deyə o qeyd edib.

 

 

 

 

GÜNÜN MANŞETLERİ