Qazaxın azad olunmuş ərazilərinin 357 hektarı minalardan təmizlənib

Qazaxın azad olunmuş ərazilərinin 357 hektarı minalardan təmizlənib
Yayınlanma tarixi: 7/17/2026 12:16:29 PM

Qazaxın azad olunmuş ərazilərinin 357 hektarı minalardan təmizlənib.

Qazaxın azad olunmuş ərazilərində 357 hektar minalardan təmizlənib.

İslamazeri.com xəbər verir ki, bunu ANAMA sədri Vüqar Süleymanov qurumun yaranmasının 28-ci ildönümü ilə əlaqədar brifinqdə deyib.

Onun sözlərinə görə, Qazaxın azad olunan bir neçə kəndində də minatəmizləmə fəaliyyəti həyata keçirilir:

"Həmin ərazidə minatəmizləmə fəaliyyəti davam edir. Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən sərhəd mühafizəsinin təşkili məqsədilə minatəmizləmə əməliyyatları icra olunub. 2025-ci ildən etibarən isə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunan plana uyğun olaraq yaşayış məntəqələrinin mina və digər partlayıcı sursatlardan təmizlənməsi fəaliyyəti icra edilir. İcra edilən əməliyyatlar zamanı 357.4 ha ərazi təmizlənib, 1 154 ədəd piyada əleyhinə mina, 146 ədəd tank əleyhinə mina və 62 ədəd digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib".

GÜNÜN MANŞETLERİ

Şənbə gününün HAVA PROQNOZU
ÖLKƏ / MÜXTƏLİF

Şənbə gününün HAVA PROQNOZU

7/17/2026 1:16:41 PM
İran ABŞ-ın Omandakı radar sistemlərini vurdu
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İran ABŞ-ın Omandakı radar sistemlərini vurdu

7/17/2026 11:37:05 AM