Amerika ictimaiyyətinin yarıdan çoxu İranla müharibəyə qarşıdır - SORĞU
Amerika ictimaiyyətinin yarıdan çoxu Vaşinqtonun İranla hərbi münaqişəyə başlamasının səhv addım olacağına inanır.
İslamazeri.com xəbər verir ki, YouGov tərəfindən The Economist jurnalı üçün aparılan son sorğu Amerika seçicilərinin İrana qarşı hərbi seçimlərə münasibətini ortaya qoyub.
Sorğunun nəticələrinə görə, iştirakçıların 57 faizi İranla birbaşa hərbi münaqişəyə girməyi səhv qərar hesab edir.
Amerika vətəndaşlarının yalnız 27 faizi Tehran rejiminə qarşı hərbi güc tətbiqini və belə bir münaqişənin başlanmasını dəstəkləyir.