İran: İordaniyada ABŞ-ın MQ-9 pilotsuz təyyarələrinin anqarlarına zərbə endirilib

İran: İordaniyada ABŞ-ın MQ-9 pilotsuz təyyarələrinin anqarlarına zərbə endirilib
Yayınlanma tarixi: 7/12/2026 10:35:12 AM

İran İnqilab Keşikçiləri İordaniyadakı ABŞ-a məxsus Şahzadə Həsən Hava Bazasındakı komandanlıq və nəzarət mərkəzini və MQ-9 pilotsuz təyyarə anqarlarını ballistik raket hücumu ilə məhv etdiyini açıqlayıb.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri İordaniyadakı ABŞ-a məxsus Şahzadə Həsən Hava Bazasındakı komandanlıq və nəzarət mərkəzini və MQ-9 pilotsuz təyyarə anqarlarını ballistik raket hücumu ilə məhv etdiyini açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi aşağıdakı açıqlamanı yayıb:

"Cinayətkar ABŞ rejimi, Oman Krallığına öz iradəsini tətbiq etməklə, dünən gecə əvvəllər uğursuz olan bir ssenarini təkrarlamağa çalışdı. Hörmüz boğazının cənubundakı qanunsuz marşrutlarda fəaliyyət göstərən müəyyən gəmiləri təhrik edərək yeni bir böhran yaratmağa çalışdı. Lakin bu cəhd İnqilab Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin qətiyyətli müdaxiləsi ilə qarşısı alındı.

Bu uğursuzluqdan sonra uşaq qatili olan ABŞ ordusu cənub sahilindəki bir neçə sahil bazasına və rabitə qüllələrinə hava hücumları etdi. Əvvəllər vəd etdiyimiz kimi, bu hücum dərhal şiddətli cavabla qarşılandı.

İnqilab Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin bölmələri ABŞ hərbi bazalarını hədəf aldı. Cavabın ilk mərhələsində İordaniyadakı Şahzadə Həsən Hava Bazasındakı əhəmiyyətli hərbi infrastruktur və obyektlərə zərbə endirildi. Bazanın komandanlıq və idarəetmə mərkəzi və MQ-9 pilotsuz uçuş aparatları üçün anqarlar çoxsaylı ballistik raketlərlə məhv edildi.

Əgər ABŞ təcavüzkar mövqeyini davam etdirərsə, daha sərt cavablar veriləcək."

GÜNÜN MANŞETLERİ