Qalibafdan İran xalqına müraciət: Müharibəyə hazır olmalıyıq
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf müharibənin bir seçim olmadığını, lakin milli təhlükəsizlik üçün "hər an müharibəyə hazır olmağın" vacib olduğunu vurğulyıb.
Qalibaf bölgədəki son zamanlar artan münaqişələr və "müharibə ehtimalı" və "danışıqlar" ətrafında ictimai müzakirələrlə bağlı mühüm bir mesaj verib. İran xalqına müraciət edən Qalibaf ABŞ ilə rəqabəti "mövcudluq mübarizəsi" kimi xarakterizə edib.
ABŞ ilə mövcud vəziyyəti "mövcudluq müharibəsi" kimi xarakterizə edən Qalibaf, Vaşinqton administrasiyasının son məqsədinin İran İslam Respublikasını devirmək və parçalamaq olduğunu bildirib.
Qalibaf dedi: "Düşmənin strategiyası dəyişməyib. ABŞ hər fürsətdə İrana zərbə vurmağı hədəfləyən imperialist xarakter daşıyır; onlar heç vaxt güclü İranı qəbul etməyəcəklər."
Qalibaf əlavə edib: "Müharibədə və ya danışıqlarda yeganə seçimimiz öz gücümüzə güvənmək və gücləndirməkdir. Milli maraqlarımızı qorumaq üçün başqa seçimimiz yoxdur."
"Biz müharibənin tərəfdarı deyilik, amma vətənimizi qorumaq üçün sona qədər müqavimət göstərməyə hazır olmalıyıq", - deyə Qalibaf diplomatiyanın əhəmiyyətinə də toxunub. Danışıqların yalnız konkret nəticələr verdikdə mənalı olduğunu bildirən Qalibaf deyib: "İrana fayda verməyən razılaşma etibarlı deyil. Əgər razılaşma heç bir praktik fayda vermirsə, ona riayət etməyimiz üçün heç bir səbəb yoxdur".