Qazla bağlı 20 manatlıq bu dövlət rüsumu ləğv ediləcək

Qazla bağlı 20 manatlıq bu dövlət rüsumu ləğv ediləcək
Yayınlanma tarixi: 7/14/2026 12:04:59 PM

Qaz qurğularının xəritələrindən (sxemlərindən) istifadəyə görə 20 manatlıq dövlət rüsumu ləğv ediləcək.

İslamazeri.com-un Trend-ə istinadlı xəbərinə görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

 Belə ki, yeni "Qaz təchizatı haqqında" qanunda ləğv edilmiş 30 iyun 1998-ci il tarixli qanundan fərqli olaraq qaz qurğularının xəritələrinin dövlət rüsumu ödəməklə sifarişçilərə verilməsi müddəası nəzərdə tutulmadığından "Dövlət rüsumu haqqında" qanunda müvafiq dəyişiklik edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

GÜNÜN MANŞETLERİ