İran müdafiə nazirinin müavini: Biz raket və pilotsuz təyyarə istehsalını bir neçə dəfə artırmışıq.
İslamazeri.com xəbər verir ki, İran müdafiə nazirinin müavini briqada generalı Seyid Məcid İbnül-Riza ölkənin raket və PUA istehsalının bir neçə dəfə artdığını bildirib.
Parlamentin Təhsil, Tədqiqat və Texnologiya Komissiyasının üzvləri ilə birgə görüşdə briqada generalı Seyid Məcid İbnül-Riza deyib: “Müharibə dövründə silahlı qüvvələrin ehtiyac duyduğu raketlərin, PUA-ların və digər avadanlıqların istehsalı heç vaxt dayanmayıb; bəzi ərazilərdə istehsalı bir neçə dəfə artırmışıq”.
Briqada generalı əlavə edib: “Müdafiə sənayesi İranın milli gücünün və çəkindiriciliyinin əsas dayağıdır və müharibə təcrübəsi göstərib ki, düşməndən coğrafi məsafə yalnız qabaqcıl texnologiyalara güvənməklə kompensasiya edilə bilər”.
İran rəsmisi əlavə olaraq bildirib ki, düşmən 12 və 40 günlük müharibələrə dünyanın texnologiya şirkətlərinin tam gücündən istifadə edərək daxil olub, lakin İran İslam Respublikası bu müharibədən “texnoloji cəhətdən” qalib çıxıb.