Hədislərdən gələn mənbələrə əsasən, bir dəstənin duası geri qaytarılmaz.
İslamazeri.com məlumat verir ki, hədisə görə bu dəstələrin duası geri qaytarılmır.
Peyğəmbər (s) buyurur: “Allah bu 4 şəxsin duasını geri çevirməz; Adil rəhbərin duası, atanın oğula nisbət olan duası, insanın qardaşı üçün etdiyi dua və zülmə məruz qalmış şəxsin duası. Allah buyurar: İzəət və cəlalıma and olsun! Vaxt çəksə də, lakin sonda sənin (məzlumun) intiqamını alacağam”.
Eyni zamanda islam Peyğəmbəri (s) buyurur: “Ümmətimin günah etməyən uşaqlarının duaları qəbul olar”.
İmam Hüseyn (ə): “Quran oxuyan adamın duası qəbul olar, gec ya tez”.
Bir neçə dəstənin isə duası qəbul olmaz. İslam Peyğəmbəri (s) buyurur: “Yaxşılıqlara dəvət etməyi və pisliklərdən çəkindirməyi tərgitməməlisiniz. Əks halda, sizin içinizdən olan pisləri yaxşılarınıza hökmran edərəm və yaxşılarınız dua etsə belə qəbul olmaz”.