SEPAH-dan vacib açıqlama: AND İÇİRİK!
İslamazeri.com xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Komandanlığı, Ayətullah Seyid Müctəba Xameneinin strateji mesajına cavab olaraq yayımladığı yazılı açıqlamada, ABŞ-a "unudulmaz bir dərs" vermək əzmini bir daha təkrarlayıb.
Bəyanatda İranın suverenliyini və ərazi bütövlüyünü qorumaq öhdəliyi vurğulanıb.
Həmçinin, İnqilab Keşikçiləri Korpusunun Ali Rəhbər Ayətullah Seyid Müctəba Xameneinin təlimat və əmrlərinə uyğun olaraq hərəkət etməyə davam edəcəyi bildirilib.
Bu bəyanat, ABŞ-ın ölkəyə qarşı artan təcavüzü qarşısında "milli birliyə" çağıran Ayətullah Xameneinin mesajına cavab olaraq verilib.
Vaşinqton administrasiyasına qarşı sərt ifadələrdən istifadə edilən bəyanatda bildirilib:
"Günahkar Amerika bir daha səhv, təcavüz və macəra yolunu seçdi. İnqilab Keşikçiləri olaraq, biz ona "unudulmaz bir dərs" vermək vədimizə qətiyyətlə sadiqik. Bu, heç bir təcavüzkarın eyni səhvi təkrarlamağa cəsarət etməyəcəyi qədər ağır bir dərs olacaq."
İnqilab Keşikçiləri Korpusu danışıqlar yolu ilə ABŞ ilə razılığa gəlmək ehtimalını tamamilə rədd edərək, Vaşinqton administrasiyasına və ya onun vədlərinə heç vaxt etibar etməyəcəklərini bildirib.
Bəyanatda davam olaraq deyilir: “And içirik ki, bu ölkənin taleyini heç vaxt keçmişi İran xalqına qarşı xəyanət, aldatma və nifrətlə dolu olan düşmənin vədlərinə həvalə etməyəcəyik”.
Bəyanatda vurğulanır ki, İranın şərəf və ləyaqəti yalnız müqavimət, sayıqlıq və hərbi güclə təmin edilə bilər və keçmiş təcrübələr düşmənə heç bir şəkildə etibar edilə bilməyəcəyini konkret şəkildə sübut edib.
Ayətullah Xamenei mesajında həmçinin qeyd edib ki, ABŞ-ın İrana yenidən hücumları bir daha Amerika prezidentinin imzasının nə qədər dəyərsiz olduğunu göstərib.