Qalibafdan xəbərdarlıq: Bizim neft satmadığımız bölgədə heç kim neft satmayacaq
İslamazeri.com xəbər verir ki, İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bölgədə təhlükəsizlik və enerji təchizatı ilə bağlı mühüm açıqlamalar verib.
Qalibaf sosial media hesabında paylaşım edərək bölgədəki təhlükəsizlik vəziyyətini və enerji təchizatını qiymətləndirib.
Qalibaf bildirib ki, “Bu müharibənin tənliyi aydındır: ya hamımız, ya da heç kim” və əlavə edib: “Bizim neft satmadığımız bölgədə heç kim neft satmayacaq. Təhlükəsizliyimiz təmin olunmazsa, heç bir infrastruktur təhlükəsiz olmayacaq və Amerika qüvvələri olduğu təqdirdə boğazın təhlükəsizliyi təhlükə altında qalacaq”.
Qalibaf Hörmüz boğazı ilə bağlı deyib: “Biz dəfələrlə bildirmişik ki, boğazdakı vəziyyət müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq”.