Azərbaycan XİN sözçüsü Mirzoyana cavab verib

Azərbaycan XİN sözçüsü Mirzoyana cavab verib
Yayınlanma tarixi: 24.03.2023 16:05:25

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın fikirlərinə cavab olaraq "Twitter" hesabında bildirib.

"Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın Azərbaycana təcavüzü olub".

İslamazeri.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın fikirlərinə cavab olaraq "Twitter" hesabında bildirib.

"Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan yalan xəbər yayır. Deyəsən xarici işlər nazirinin tarix dərslərinə ehtiyacı var: Avropanın təhlükəsizliyinə ilk təhdidlərdən biri Ermənistanın hərbi təcavüzü və Azərbaycanın suveren ərazilərinin təxminən 20%-nin işğalı olub. Ermənistan hələ də Azərbaycanın 95 kv.km-ə yaxın ərazisi olan 8 kəndi işğal altında saxlayır, 10000 erməni silahlı qüvvəsini Azərbaycan ərazilərindən çıxarmayıb. Ermənistan Üçtərəfli Bəyanatı pozaraq öz ərazisində maneəsiz kommunikasiya və transportu açmaqdan çəkinir.

Ermənistan XİN başçısının istinad etdiyi saxlanılanlar Üçtərəfli Bəyanatdan 2 həftə sonra Ermənistan tərəfindən Azərbaycana göndərilən cinayətkarlardır. Beynəlxalq məhkəmələr onların azad edilməsi üçün Ermənistanın tələblərini rədd edib. Əksinə, Ermənistan hələ də itkin düşmüş 3800 şəxs barədə məlumat vermir.

Ermənistan 1 milyona yaxın azərbaycanlını Ermənistandan və Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qoyub və hələ də qaçqın və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə geri qayıtmasına mane yaradır.

Ermənistan regionda sülh quruculuğu səylərinə xələl gətirən aqressiv ritorikadan əl çəkməlidir".

GÜNÜN MANŞETLERİ

Bu gün Ərbəindir
DİN

Bu gün Ərbəindir

6.09.2023 09:29:34
İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb
DÜNYA / İSLAM DÜNYASI

İraqda Ərbəin ziyarətçilərini daşıyan mikroavtobus aşıb

28.08.2023 17:40:05
Qətər: İsrail Fələstin torpaqlarını işğal edib
DÜNYA / İSLAM DÜNYASI

Qətər: İsrail Fələstin torpaqlarını işğal edib

28.08.2023 17:36:55