Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət edir? - RƏSMİ AÇIQLAMA

Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət edir? - RƏSMİ AÇIQLAMA
Yayınlanma tarixi: 6/7/2026 10:50:01 AM

Bakı-Tbilisi qatarı Axalkalaki və Qarsa qədər hərəkət etmir.

Bakı-Tbilisi qatarı Tbilisiyə qədər hərəkət edir. Axalkalaki və Qarsa sərnişin marşrutu mövcud deyil.

İslamazeri.com xəbər verir ki, bu sözləri "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib.

O, qeyd edib ki, bununla bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. ADY rəsmisi hər hansı ekspertin, turizmçinin açıqlamasına əsaslanaraq qeyri-dəqiq məlumatlar yaymamağı tövsiyə edib.

GÜNÜN MANŞETLERİ