İsrail ordusundan etiraf: Livanın cənubunda 4 əsgər yaralandı

İsrail ordusundan etiraf: Livanın cənubunda 4 əsgər yaralandı
Yayınlanma tarixi: 6/7/2026 10:28:29 AM

İsrail ordusundan etiraf: Livanın cənubunda 4 əsgər yaralandı.

İslamazeri.com xəbər verir ki, İsrail ordusu bazar günü Livanın cənubunda kamikadze pilotsuz uçuş aparatının (PUA) partlaması nəticəsində 4 hərbçisinin yaralandığını etiraf edib.

Bazar günü sübh çağı daha əvvəl isə İsrail Səhiyyə Nazirliyi “Aslanın Nəriltisi” əməliyyatının başlanğıcından bəri qeydə alınan yaralılarla bağlı məlumatları yeniləyib.

Nazirlik bildirib ki, müharibənin başlanğıcından etibarən İsrail xəstəxanalarına müraciət edən yaralıların ümumi sayı 9 026 nəfərə çatıb.

Məlumatlara görə, yalnız şimal cəbhəsindən, yəni İranla əldə olunan “atəşkəs”dən sonra İsrail xəstəxanalarında qeydə alınan yaralıların sayı 1 125 nəfər olub.

Bu hadisələr Hizbullahın, ötən il aprelin 17-də imzalanmış “atəşkəs”in pozulmasına cavab olaraq, ölkənin cənubunda işğalçı qüvvələrin toplandığı məntəqələri və hərbi nəqliyyat vasitələrini hədəf alan xüsusi əməliyyatlarını davam etdirməsi fonunda baş verir.

GÜNÜN MANŞETLERİ