Zelenski Gürcüstanı “xəyanətdə” ittiham etdi

Zelenski Gürcüstanı “xəyanətdə” ittiham etdi
Yayınlanma tarixi: 1.03.2022 17:50:44

Ukrayna Gürcüstandakı səfirini də “bizə yardım etmək istəyən könüllülərə maneələr yaratdığı üçün” və Rusiyaya qarşı sanksiya tətbiq etmək istəmədiyinə görə dərhal geri çağırır.

Ukrayna Qırğızıstan və Gürcüstandakı səfirlərini məsləhətləşmələr üçün geri çağırır.

İslamazeri.com “İnterfaks”-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski bildirib.

Bizim diplomatlarımız öz sözlərinə və beynəlxalq hüquqa xəyanət edən dövlətlərə qarşı hazırda mühüm və tam zəruri tədbirləri həyata keçirir“, - deyə o qeyd edib.

Zelenski deyib ki, rəsmi Kiyev Qırğızıstan “Ukraynaya qarşı aqressiyaya bəraət qazandırdığına görə” bu ölkədəki səfirini məsləhətləşmələr üçün geri çağırır.

Həmçinin, onun sözlərinə görə, Ukrayna Gürcüstandakı səfirini də “bizə yardım etmək istəyən könüllülərə maneələr yaratdığı üçün” və Rusiyaya qarşı sanksiya tətbiq etmək istəmədiyinə görə dərhal geri çağırır.

GÜNÜN MANŞETLERİ