Yol Polisi piyadalara müraciət edib

Yol Polisi piyadalara müraciət edib
Yayınlanma tarixi: 2/16/2026 9:55:07 AM

Baş Dövlət Yol Polisi İdarəsi piyadalara ictimai nəqliyyatı minik meydançalarında, avtobus dayanacaqlarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləmələri ilə bağlı müraciət edib.

İslamazeri.com xəbər verir ki, bu barədə idarədən bildirilib.

"Yolun hərəkət hissəsinə çıxmaq, nəqliyyat vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.

Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi yol hərəkəti təhlükəsizliyinin vacib şərtidir.

Dəyərli piyadalar!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır", - idarədən əlavə olunub.

GÜNÜN MANŞETLERİ

İsrail Qərb Sahilini
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qərb Sahilini "dövlət ərazisi" elan etdi

2/16/2026 11:39:15 AM
Həftənin günlərinin zikrləri
DİN

Həftənin günlərinin zikrləri

2/16/2026 10:40:29 AM
Yol Polisi piyadalara müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

Yol Polisi piyadalara müraciət edib

2/16/2026 9:55:07 AM
Kəbə örtüyü
DÜNYA / İSLAM DÜNYASI

Kəbə örtüyü "Şeytan" Epşteynin əlinə necə düşdü?

2/15/2026 9:37:54 PM