Obamadan Trampa CAVAB

Obamadan Trampa CAVAB
Yayınlanma tarixi: 2/16/2026 12:20:01 PM

ABŞ-ın keçmiş prezidenti Barak Obama hazırkı prezident Donald Trampın sosial media hesablarında onun haqqında yayımlanan videoya münasibət bildirib. Obama bildirib ki, "vaxtilə məmurların davranışını idarə edən utanc və ədəb anlayışları kəskin şəkildə azalıb".

İslamazeri.com xəbər verir ki, Obama və həyat yoldaşı Mişel Obamanı "meymun" kimi təsvir edən və "seçki sui-qəsdi" iddialarını özündə əks etdirən video həm Demokratlar, həm də Respublikaçılar arasında qəzəb dalğasına səbəb olub.

Podkast aparıcısı Brayan Tayler Koenlə müsahibə zamanı Obama qeyd edib ki, amerikalıların böyük əksəriyyəti bu cür davranışı "narahatedici" hesab edir.

Bu cür hərəkətlərin diqqəti cəlb etmək və ictimai müzakirələri yayındırmaq üçün istifadə edildiyini deyən Obama, "ədəb, vəzifə və hörmətə inanan" amerikalılarla görüşməyə davam etdiyini vurğulayıb.

Sosial mediada və mediada davam edən vəziyyəti "narahatedici" kimi tənqid edən Obama, məsuliyyət hissinin və ümumi ədəb səviyyəsinin azaldığını bildirib.

Müsahibə zamanı Obama immiqrasiya siyasətinə qarşı dinc etirazlar, seçki dairələrinin yenidən təşkili və gələn il Çikaqoda açılması planlaşdırılan prezident kitabxanası layihəsi də daxil olmaqla digər mövzulara da toxunub.

GÜNÜN MANŞETLERİ

Polşa nüvə silahına sahib olmaq istəyir
DÜNYA / MARAQLI

Polşa nüvə silahına sahib olmaq istəyir

2/16/2026 1:49:25 PM
Obamadan Trampa CAVAB
DÜNYA / MARAQLI

Obamadan Trampa CAVAB

2/16/2026 12:20:01 PM
Sabah 73 mindən çox abonentin qazı kəsiləcək
ÖLKƏ / HADİSƏ

Sabah 73 mindən çox abonentin qazı kəsiləcək

2/16/2026 12:02:54 PM
İsrail Qərb Sahilini
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qərb Sahilini "dövlət ərazisi" elan etdi

2/16/2026 11:39:15 AM