Azərbaycanlı tələbələrə ispan müəllimlər dərs keçəcək

Azərbaycanlı tələbələrə ispan müəllimlər dərs keçəcək
Yayınlanma tarixi: 2/16/2026 12:43:02 PM

“IT SkillSprint” layihəsi çərçivəsində azərbaycanlı tələbələrə İspaniyadan olan müəllimlər dərs keçəcəklər.

İslamazeri.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Rəqəmsal Səriştələrin İnkişafı departamentinin müdiri Vüsalə Qurbanova bildirib.

Onun sözlərinə görə, bütün dünyada ali təhsil müəssisələri tələbələri nəzəri biliklərlə təmin edir və bu bilikləri praktiki cəhətdən möhkəmləndirmək üçün dünyada bir neçə həllər, modellər var: “Bu modellərdən biri də sənayenin ali təhsil müəssisəsinə gətirilməsidir. Bu məqsədlə biz “IT SkillSprint” layihəsini icra edirik. Bu layihəni hazırda dünyanın qlobal top “İT bootcamp” təminatçılarından biri olan İspaniyanın “Ironhack” şirkəti ilə birlikdə həyata keçiririk”.

O əlavə edib ki, proqramın əsas məqsədi tələbələrin bilik və bacarıqlarının praktiki cəhətdən möhkəmləndirilməsi, onlara real layihələrin təmin edilməsidir: “Bu layihəyə 9 universitetdən 123 tələbə seçilib, onlar ispanıyalı müəllimlərin köməyi ilə öz IT sahəsində dörd istiqamət üzrə biliklərini artıracaqlar. Proqram data analitikası və süni intellekt, kibertəhlükəsizlik, veb proqramlaşdırma və “DevOps” istiqamətlərini əhatə edir. Bunlar hazırda ölkəmizdə prioritet istiqamətlərdən biri, kadr hazırlığının əsas vacib olan istiqamətlərindəndir. Biz Agentlik olaraq bu tipli kifayət qədər layihələr icra edirik”.

V.Qurbanova vurğulayıb ki, bu layihələrin həyata keçirilməsinin əsas məqsədi Azərbaycanda kadr potensialının artırılması və universitetdə tələbələrin aldıqları nəzəri biliklərin praktiki bacarıqlara çevrilməsidir.

GÜNÜN MANŞETLERİ

Polşa nüvə silahına sahib olmaq istəyir
DÜNYA / MARAQLI

Polşa nüvə silahına sahib olmaq istəyir

2/16/2026 1:49:25 PM
Obamadan Trampa CAVAB
DÜNYA / MARAQLI

Obamadan Trampa CAVAB

2/16/2026 12:20:01 PM
Sabah 73 mindən çox abonentin qazı kəsiləcək
ÖLKƏ / HADİSƏ

Sabah 73 mindən çox abonentin qazı kəsiləcək

2/16/2026 12:02:54 PM
İsrail Qərb Sahilini
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail Qərb Sahilini "dövlət ərazisi" elan etdi

2/16/2026 11:39:15 AM