İzzəddin əl-Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubeydə İrana qarşı istənilən hərbi və ya siyasi hücumu bütün İslam dünyasına hücum kimi xarakterizə edib.
İslamazeri.com xəbər verir ki, İzzəddin əl-Qəssam Briqadalarının hərbi sözçüsü Əbu Ubeydə çərşənbə günü verdiyi açıqlamada İrana qarşı artan təhdidlərin fonuna diqqət çəkib.
Əbu Ubeydə bildirib ki, Tehrana qarşı yönəlmiş bu təzyiqlər İran xalqı və rəhbərliyinin Fələstin xalqına göstərdiyi sarsılmaz dəstəyə və onların cəsarətli müqavimətinə qarşı "qisas hərəkəti"dir.
Əbu Ubeydə Tehrana edilən hər hansı bir hücumun sadəcə yerli bir məsələ deyil, bütün İslam ümmətini hədəf alan bir hücum olacağını bildirib və Fələstin xalqının İran rəhbərliyi, hökuməti və xalqı ilə tam həmrəy olduğunu əlavə edib.
İran Silahlı Qüvvələrinin və İnqilab Keşikçilərinin hərbi imkanlarına inamı vurğulayan sözçü, İranın "Doğru Vəd" Əməliyyatı zamanı düşmənə unudulmaz bir dərs verdiyini xatırladıb.
Əbu Ubeydə bu hərbi qüvvənin bölgədəki çəkindirici roluna inamını bir daha təkrarlayıb.