Saakaşvilinin vəziyyəti yenidən pisləşib

Saakaşvilinin vəziyyəti yenidən pisləşib
Yayınlanma tarixi: 3.11.2021 16:36:12

Gürcüstanın eks-prezidentinin vəkili Giorgi Gelxauri onun vəziyyətinin pisləşdiyini bildirib.

İslamazeri.com "Az.shafaqna.com"-a istinadən xəbər verir ki, Gürcüstanın eks-prezidentinin vəkili Giorgi Gelxauri Mixail Saakaşvilinin vəziyyəti barədə məlumat verib.

Onun sözlərinə görə, sabiq dövlət başçısının vəziyyəti pisləşib və o, zəifləyib.

“Saakaşvili onun yanına gələrək analizlər götürəcək və həyati göstəricilərin hüduddan aşağı olub-olmaması barədə testlərin nəticələrini göstərəcək alternativ konsolium gözləyir”, – deyə vəkil qeyd edib.

Gelxauri bildirib ki, həkimlər indiyədək Saakaşvilinin həyati göstəriciləri dərmanlar vasitəsi ilə dəstəkləyib.

“Mixail Saakaşvili bildirir ki, aclığı yenə davam etdirir, qida qəbul etmək fikrində deyil və həkimlərlə görüş gözləyir. Zəifliyi güclənir, o, mənən gumrahdır”, – deyə vəkil bildirib və əlavə edib ki, zəiflik fiziki hərəkətlər zamanı çətinliklərlə izhar olur, əl-ayaqlarda şişkinlik var və onun sağlamlıq vəziyyəti bununla izhar olur.

GÜNÜN MANŞETLERİ