Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək

Bakı metrosu
Yayınlanma tarixi: 8/13/2026 1:23:17 PM

Bakı metrosu "Qarabağ"ın oyunu ilə əlaqədar iş rejimini dəyişdirəcək.

"Qarabağ" Futbol Klubunun UEFA Konfrans Liqasının III təsnifat mərhələsi çərçivəsində bu gün "Dinamo"ya (Kiyev, Ukrayna) qarşı keçiriləcək oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də iş rejimi dəyişdiriləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən məlumat verilib.

Bildirilib ki, oyuna görə "Gənclik" stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Qeyd edilib ki, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq: "Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq. "Nərimanov" və "28 May" stansiyalarında da ehtiyat tədbirləri görüləcək".

Xatırladaq ki, "Qarabağ" - "Dinamo" matçı bu gün, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək. Tərəflər arasında Polşada baş tutan ilk görüş Ukrayna təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

GÜNÜN MANŞETLERİ