DYP piyadalara müraciət edib

DYP piyadalara müraciət edib
Yayınlanma tarixi: 8/13/2026 10:09:52 AM

DYP piyadalara müraciət edib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadalara müraciət edib.

İslamazeri.com xəbər verir ki, idarədən verilən xəbərə görə, müraciətdə deyilir ki, yol hərəkətinin təhlükəsizliyinin təmin olunmasında piyadaların da üzərinə böyük məsuliyyət düşür:

"Hər bir piyada yol hərəkəti qaydalarına ciddi əməl etməklə, yolu yalnız nəzərdə tutulmuş piyada keçidlərindən keçməli və hərəkət zamanı diqqətli olmalıdır. Tələsməmək, ətrafa diqqətlə nəzər yetirmək, nəqliyyat vasitələrinin hərəkətini nəzərə almaq və təhlükəsizliyə tam əmin olduqdan sonra keçidi davam etdirmək vacibdir. Xüsusilə yolun hərəkət hissəsinə yaxınlaşarkən və onu keçərkən mobil telefon, qulaqcıq və digər elektron cihazlardan istifadə etməklə diqqətin yayındırılmasına yol verilməməlidir.

Eyni zamanda, sürücülər də piyada keçidlərinə yaxınlaşarkən sürəti azaltmalı, piyadalara yol verməli və diqqəti yayındıran amillərdən çəkinməlidirlər".

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, qarşılıqlı hörmət və məsuliyyət nümayiş etdirməyə çağırıb: "Unutmayaq ki, yollarda təhlükəsizlik hər kəsin düzgün davranışından başlayır və bir anlıq məsuliyyətsizlik ağır nəticələrə səbəb ola bilər".

GÜNÜN MANŞETLERİ

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək
ÖLKƏ / MÜXTƏLİF

Bakı, Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

8/13/2026 11:05:29 AM
DYP piyadalara müraciət edib
ÖLKƏ / MÜXTƏLİF

DYP piyadalara müraciət edib

8/13/2026 10:09:52 AM
Azərbaycan nefti ucuzlaşıb
İQTİSADİYYAT

Azərbaycan nefti ucuzlaşıb

8/13/2026 10:00:01 AM