İsraildə 5 İran casusu aşkarlanıb

İsraildə 5 İran casusu aşkarlanıb
Yayınlanma tarixi: 14.01.2022 18:01:29

Casusluqda ittiham edilən qadınların kuratoru özünü İran yəhudisi kimi təqdim edib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, İsraildə İranın casus şəbəkəsi aşkar edilib.

Bildirilir ki, İsrail vətəndaşı olan azı 5 qadın İrana casusluq edib.

Onlar İsrail və ABŞ obyektlərinin şəkillərini çəkir, bir sıra obyektlərin təhlükəsizlik sistemləri barədə məlumatlar toplayaraq təqdim edirdilər.

Casusluqda ittiham edilən qadınların kuratoru isə özünü İran yəhudisi kimi təqdim edib.

Bildirilir ki, casuslara təqdim etdikləri məlumata görə bir neçə min dollar pul verilirdi.

Maraqlı məqam budur ki, kurator qadınlarla sosial şəbəkə üzərindən əlaqə qurub və öz kimliyini açıqlamayıb və öz üzünü onlara göstərməyib.

Həmin qadınlar deyirlər ki, qarşı tərəfin məramından xəbərləri olmayıb.

GÜNÜN MANŞETLERİ