İsrail İranda məktəbi vurdu: 40-dan çox şagird həlak oldu

İsrail İranda məktəbi vurdu: 40-dan çox şagird həlak oldu
Yayınlanma tarixi: 2/28/2026 5:19:54 PM

İsrail İranda məktəbi vurdu.

İsrailin bu gün İrana başlatdığı hücumlar çərçivəsində ölkənin cənub bölgəsində yerləşən məktəb də hədəfə alınıb.

İslamazeri.com xəbər verir ki, hücum nəticəsində 40 şagird həlak olub, 48 nəfər isə yaralanıb.

Məlumata görə, zərbə zamanı məktəbdə şagirdlər olub və itkilərin əksəriyyətini uşaqlar təşkil edib.

Yaralıların xəstəxanalara yerləşdirildiyi bildirilir.

Hadisə yerindən görüntülər sosial şəbəkələrdə yayılıb və dağıntının miqyasının böyük olduğu görünür.

GÜNÜN MANŞETLERİ