İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat yaydı

İranın Ali Milli Təhlükəsizlik Şurası məlumat yaydı
Yayınlanma tarixi: 2/28/2026 1:40:01 PM

İran Ali Milli Təhlükəsizlik Şurasının Bəyanatı...

İslamazeri.com xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının 1 saylı məlumat yayıb.

Məlumatda deyilir:

Bismillahir-rəhmanir-rəhim

Bu gün səhər İranın qəhrəman xalqı şahid oldu ki, qəddar ABŞ rejimi, rüşvətxor sionist rejimlə birlikdə ölkənin bəzi mərkəzlərinə qarşı hava əməliyyatı həyata keçirib. Bu əməliyyat yenə də danışıqlar zamanı baş verib və düşmən belə düşünür ki, İranın mətin və dözümlü xalqı bu qorxaq addımlar qarşısında onların alçaq istəklərinə təslim olacaq.

İran İslam Respublikasının Silahlı Qüvvələri onların bu təxribatçı hərəkətlərinə qarşı sarsıdıcı cavaba başlayıb və əziz xalqı mütəmadi olaraq məlumatlandıracağıq. Aşağıdakı məqamlara diqqət yetirilməsi zəruridir:

Əldə olunan məlumatlara əsasən, bu iki rejimin əməliyyatları Tehran və bəzi digər şəhərlərdə davam edə bilər. Buna görə də, mümkün olduğu qədər sakitliyi qoruyaraq, imkan daxilində başqa şəhər və bölgələrə səfər etməyiniz tövsiyə olunur ki, bu iki rejimin təxribatlarından uzaq olasınız.

İran İslam Respublikası hökuməti cəmiyyətin bütün ehtiyaclarını əvvəlcədən təmin edib. Ümumi tələbat mallarının təminatı ilə bağlı heç bir narahatlığa əsas yoxdur. Vətəndaşlardan alış-veriş mərkəzlərində sıxlıq yaratmamaq xahiş olunur, çünki bu, təhlükə yarada bilər.

Məktəblər və universitetlər növbəti bildirişə qədər bağlanır.

Banklar öz xidmətlərini göstərməkdə davam edəcək və əziz xalqa xidmət edəcək.

Dövlət idarələri hazırda 50% rejimdə fəaliyyət göstərəcək.

Növbəti məlumatlar əlavə olaraq açıqlanacaq.

GÜNÜN MANŞETLERİ