İran XİN: ABŞ və İsrailin niyyətindən xəbərdar idik

İran XİN: ABŞ və İsrailin niyyətindən xəbərdar idik
Yayınlanma tarixi: 2/28/2026 2:48:01 PM

"ABŞ və İsrailin niyyətindən xəbərdar idik"

İran ABŞ və İsrailin niyyətlərindən xəbərdar olmasına baxmayaraq, beynəlxalq ictimaiyyət qarşısında öz haqlı mövqeyini nümayiş etdirmək və heç bir bəhanə yeri qoymamaq üçün danışıqlar prosesinə qoşulduğunu bəyan edib.

İslamazeri.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilir.

Qurumun bəyanatında qeyd olunur ki, rəsmi Tehran qarşı tərəfin mövqeyini əvvəlcədən bildiyi halda belə, müzakirələrə qatılmağa qərar verib. Məqsəd İran xalqının haqlı mövqeyini sübut etmək və mümkün ittihamların qarşısını almaq olub.
Açıqlamada vurğulanır ki, İran xalqı tarix boyu xarici təcavüz qarşısında geri çəkilməyib və mövcud şəraitdə də ölkənin cavabı “həlledici” olacaq. Bildirilir ki, qarşı tərəf atdığı addımlara görə peşman olacaq.

GÜNÜN MANŞETLERİ