İranın zərbələri nəticəsində ABŞ-nin Qətərdəki RLS-sistemi məhv edilib

İranın zərbələri nəticəsində ABŞ-nin Qətərdəki RLS-sistemi məhv edilib
Yayınlanma tarixi: 2/28/2026 5:27:45 PM

İranın zərbələri nəticəsində ABŞ-nin Qətərdəki RLS-sistemi məhv edilib.

İranın endirdiyi zərbələr nəticəsində ABŞ-nin Qətərdə yerləşən və ballistik raketlərin izlənilməsi üçün istifadə olunan 5000 kilometr mənzilli FP-132 radarı tamamilə məhv edilib.
İslamazeri.com xəbər verir ki, bu barədə Tasnim News Agency İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ictimaiyyətlə əlaqələr şöbəsinin bəyanatına istinadən məlumat yayıb.
Açıqlamada bildirilir ki, sözügedən radar ABŞ-nin regiondakı əsas müşahidə və erkən xəbərdarlıq sistemlərindən biri olub və unikal avadanlıqla təchiz edilib. Məlumata görə, obyekt zərbə nəticəsində tam sıradan çıxarılıb.
Bəyanatda hadisənin digər detalları və mümkün nəticələri barədə əlavə məlumat verilməyib.

GÜNÜN MANŞETLERİ