İran İslam İnqilabının lideri Ayətullah Xamenei dünən Tehranda İmam Xomeyni Hüseyniyyəsində çıxış edib.
İslamazeri.com xəbər verir ki, Ayətullah Xameneinin çıxış etdiyi salonun divarında asılmış Quran ayəsi diqqəti cəlb etdi. Bəqərə surəsinin 194-cü ayəsini əks etdirən bu yazı ABŞ-a mesaj kimi şərh edilib.
Bəs İmam Xomeyni Hüseyniyyəsinin divarında asılmış ayənin mənası nədir?
Bəqərə surəsinin 194-cü ayəsi "Sizə hücum edənlərə cavab verin" deməkdir.
Qeyd edək ki, Ayətullah Xamenei dünənki çıxışında ABŞ prezidenti Donald Trampın təhdidlərinə sərt reaksiya verərək deyib: "Dünyanın ən güclü ordusu belə bəzən hərəkət edə bilməyə bilər. Təyyarə gəmisindən daha təhlükəlisi onu dənizin dibinə ata biləcək silahdır".