Polşa nüvə silahına sahib olmaq istəyir

Polşa nüvə silahına sahib olmaq istəyir
Yayınlanma tarixi: 2/16/2026 1:49:25 PM

Polşa Prezidenti Karol Navrotski ölkəsinin beynəlxalq normalar çərçivəsində öz nüvə silahına sahib olmaq yolunda davam etməli olduğunu bildirib.

İslamazeri.com xarici mediaya istinadən xəbər verir ki, Polşa Prezidenti Karol Navrotski Polsat News-a verdiyi müsahibədə ölkəsinin öz nüvə silahına sahib olmaq üçün addımlar atmalı olduğunu bildirib.

Navrotski Polşanın nüvə layihəsində iştirakının ən qızğın tərəfdarlarından biri olduğunu vurğulayıb.

Prezident Navrotski Polşanın, xüsusən də Rusiyadan gələn təhdidlər səbəbindən silahlı münaqişənin astanasında olduğunu qeyd edib.

Navrotski deyib: “Bütün beynəlxalq normalara riayət edərək bu yolu izləməliyik. İşə başlamaq üçün bu istiqamətdə irəliləmək lazımdır.”

GÜNÜN MANŞETLERİ

Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

4/15/2026 10:29:10 AM
Blinken: Tramp İran siyasəti ilə küncə sıxışıb
DÜNYA / MARAQLI

Blinken: Tramp İran siyasəti ilə küncə sıxışıb

4/14/2026 5:43:43 PM
Kılıçdaroğlu həbs edildi - SƏBƏB
REGİON / TÜRKİYƏ

Kılıçdaroğlu həbs edildi - SƏBƏB

4/14/2026 4:46:00 PM