Ayətullah Xamenei: Gəmidən daha təhlükəlisi, onu dənizin dibinə göndərən silahdır

Ayətullah Xamenei: Gəmidən daha təhlükəlisi, onu dənizin dibinə göndərən silahdır
Yayınlanma tarixi: 2/17/2026 3:07:01 PM

İslam İnqilabı Rəhbəri Ayətullah Seyid Əli Xamenei ABŞ-ın İrana qarşı göndərdiyi hərbi gəmilərlə bağlı təhlükələrə münasibət bildirərək deyib ki, gəmilər təhlükəlidir, lakin onlardan da daha təhlükəlisi onu dənizin dibinə göndərə biləcək silahdır.

İslamazeri.com-un xəbərinə görə, Ayətullah Xamenei bu sözləri Təbriz və Şərqi Azərbaycan əyalətinin minlərlə sakini ilə görüşündə söyləyib.

ABŞ-ın təhdid və kobud bəyanatlarına toxunan Ayətullah Xamenei qeyd edib ki, ABŞ özü də bu hədələrə tab gətirə bilməz və “dünyanın ən güclü ordusu” belə, ciddi zərbə alaraq dayana bilməz. Bununla yanaşı, İrana qarşı təhdidləri qarşılayan qurumlar tam hazırdır və xalq sakit və etibarlı şəkildə gündəlik işinə davam etməlidir.

İslam İnqilabı rəhbəri deyib ki, "Dey ayı" fitnəsi (yanvar iğtişaşları) planlaşdırılmış çevrilişə cəhd idi və bu fitnədə ABŞ və İsrailin kəşfiyyat orqanları ilə bəzi digər ölkələrin dəstəyi ilə bəzi insanlar hazırlanıb, maliyyə və silah təmin edilib; məqsəd isə sistemin təməlini sarsıtmaq idi. Lakin polislər, Bəsic qüvvələri, Sepah və xalq qarşı çıxaraq çevriliş uğursuz oldu və xalq qalib gəldi.

Ayətullah XameneiABŞ-ın İrana qarşı planlarını təkrar-təkrar təhdid və hərbi gedişlərlə göstərdiyini qeyd edib, amma vurğulayıb ki, ABŞ hələ 47 il keçməsinə baxmayaraq, İslam Respublikasını məhv edə bilməyib, çünki bu dövlət xalqın özü ilə möhkəm bağlıdır və güclü, canlı və iradəli bir millət tərəfindən dəstəklənir.

O, həmçinin ABŞ-ın nüvə enerjisi və müdafiə sahəsində müdaxilələrini tənqid edib, deyib ki, hər bir ölkə öz müdafiə və silah sistemlərinə malik olmalıdır, ABŞ isə İranın haqlarına müdaxilə edir.

Ayətullah Xamenei yekun olaraq bildirib ki, ABŞ-ın göndərdiyi hərbi gəmilər təhlükəlidir, lakin onlardan daha təhlükəlisi, onu dənizin dibinə göndərə biləcək silahdır və İran xalqı hər cür təhdidə qarşı hazır və güclüdür.

GÜNÜN MANŞETLERİ