Kılıçdaroğlu həbs edildi.
İslamazeri.com xəbər verir ki, Kamal Kılıçdaroğlu "Prezidenti təhqir etmə" ittihamı ilə həbs cəzasına məhkum edilib
Mersin 3-cü Asliye Cəza Məhkəməsində keçirilən məhkəmə prosesində yekun qərar açıqlanıb.
Türkiyənin əsas müxalifət partiyası olan CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ölkə prezidentini təhqir etməkdə təqsirli bilinib.
Məhkəmənin qərarına əsasən, Kılıçdaroğlu barədə 11 ay 20 gün müddətinə azadlıqdan məhrum etmə cəzası verilib.