ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub

ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub
Yayınlanma tarixi: 4/14/2026 12:13:23 PM

ANAMA əməkdaşı Füzulidə minaya düşərək həlak olub.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı aprelin 14-də Füzuli rayonunda baş verən mina hadisəsində həlak olub.

İslamazeri.com xəbər verir ki, bu barədə ANAMA-dan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun Aşağı Əbdürrəhmanlı kəndi ərazisində baș verib.

Agentliyin əməkdaşı 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışında həlak olub.

GÜNÜN MANŞETLERİ