Gürcüstanın iqtidar partiyasını tərk edənlərin qurduğu hərəkat böyüyür

Gürcüstanın iqtidar partiyasını tərk edənlərin qurduğu hərəkat böyüyür
Yayınlanma tarixi: 4.10.2022 12:11:10

Avqust ayında “Gürcü arzuları”ndan ayrılan deputatlar – Sozar Subari, Dimitri Xundadze, Mixeil Kavelaşvili və Quram Maçaraşvili adı “Xalqın gücü” olacaq ictimai hərəkat qurublar

İslamazeri.com xəbər verir ki, daha beş deputat – Eka Sepaşvili, Viktor Caparidze, Davit Kacharava, Daçi Beraia və Zaal Mikeladze “Xalqın Gücü” hərəkatına qoşulub.

Bu barədə hərəkatın üzvü Sozar Subari bugünkü brifinqdə məlumat verib.

“Hərəkatın parlament tərkibi genişlənir. Belə ki, parlament komandamıza beş deputat – Eka Sepaşvili, Viktor Caparidze, Davit Kacharava, Daçi Beraia və Zaal Mikeladze əlavə olunacaq. Ümumilikdə hərəkatımız Gürcüstan parlamentində doqquz deputatla təmsil olunacaq” – deyə Sozar Subari bildirib.

Qeyd edək ki, avqust ayında “Gürcü arzuları”ndan ayrılan deputatlar – Sozar Subari, Dimitri Xundadze, Mixeil Kavelaşvili və Quram Maçaraşvili adı “Xalqın gücü” olacaq ictimai hərəkat qurublar.

GÜNÜN MANŞETLERİ