Tercola şəhərinin meri Laşa Qoqiaşvili yol qəzası nəticəsində dünyasını dəyişib.
İslamazeri.com Gürcüstan mediasına istinadən xəbər verir ki, hadisə Tercolanın Separeti kəndi ərazisində Laşa Qoqiaşvili motosikletlə hərəkət edərkən baş verib.
Mövcud məlumata görə, merin motosikleti qoşqu ilə toqquşub.
Laşa Qoqiaşvili Kutaisidəki intervensional tibb mərkəzinə aparılsa da, onu xilas etmək mümkün olmayıb.