"Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş ərazilərdə Dvani kəndi yaxınlığında qanunsuz borderləşdirmə həyata keçirib" - Gürcüstan DTX
"Rusiya işğalçı qüvvələrinin nümayəndələri işğal olunmuş ərazilərdə Kareli munisipalitetinin Dvani kəndi yaxınlığında qanunsuz borderləşdirmə həyata keçirməklə qeyri-qanuni olaraq metal dirəklər və tikanlı məftillər quraşdırıblar", – İslamazeri.com xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumatın davamında deyilir: “Qeyd olunan faktla əlaqədar “qaynar xətt” fəaliyyətə başlayıb və Avropa İttifaqının monitorinq missiyası və Cenevrə müzakirələrinin həmsədrləri qanunsuz proseslə bağlı məlumatlandırıldılar.
İşğalçı qüvvələrin qeyri-qanuni fəaliyyəti, o cümlədən qeyri-qanuni borderləşdirmə Gürcüstanın mərkəzi hökuməti və beynəlxalq partnyorlarımız tərəfindən kəskin reaksiya predmetidir.
Məsələ Ergneti insidentinin prevensiyası və onlara münasibət mexanizmlərinin görüşü çərçivəsində, eləcə də Cenevrədə beynəlxalq müzakirələrdə kəskin şəkildə irəli sürüləcək.
Qanunsuz borderləşdirmə və onun çərçivəsində ucaldılmış qeyri-qanuni insatalasiyalar insanların sərbəst hərəkətinə mane olur, yerli əhalinin gündəlik həyatını çətinləşdirir və yerindəki təhlükəsizlik mühitinə ziyan vurur.
Car prosesə görə, tam məsuliyyəti işğalçı qüvvə daşıyır”.