Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafiki dəyişəcək

Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafiki dəyişəcək
Yayınlanma tarixi: 8/17/2026 11:31:19 AM

Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafiki dəyişəcək.

Ənənəvi mövsümlərarası keçidlə əlaqədar sentyabrın 19-dan etibarən Bakı-Qəbələ-Bakı qatarının hərəkət qrafikinə dəyişiklik ediləcək.

İslamazeri.com xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, qatarlar Bakıdan Qəbələyə həftənin şənbə günü, Qəbələdən Bakıya isə bazar günü hərəkət edəcək.

Qeyd olunan tarixdən sonrakı səfər planları üçün yeni qrafiki nəzərə almağı tövsiyə edilir.

GÜNÜN MANŞETLERİ