Azərbaycanın Ermənistana 7 aylıq ixracının dəyəri açıqlanıb

Azərbaycanın Ermənistana 7 aylıq ixracının dəyəri açıqlanıb
Yayınlanma tarixi: 8/17/2026 10:54:24 AM

Azərbaycanın Ermənistana 7 aylıq ixracının dəyəri açıqlanıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Ermənistana 17 milyon 372 min ABŞ dolları dəyərində mal ixrac edib.

İslamazeri.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

7 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

Bu ilin yanvar-iyul aylarında Azərbaycan xarici ölkələrlə 29 milyard 216 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 19 milyard 336 milyon ABŞ dolları ixracın, 9 milyard 881 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 27 % artıb, idxal isə 27,4 % azalıb. Son nəticədə xarici ticarətdə 9 milyard 455 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.

GÜNÜN MANŞETLERİ