Bölgələrdə yanğına səbəb olan 5 nəfər məsuliyyətə cəlb olunub.
Ötən gün Ağsunun Ərəbmehdibəyli, Cəlilabadın Alar, Sabirabadın Nərimankənd və Saatlı rayonunun Qaracalar kəndlərinin ərazilərində yanğın hadisələri törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən ediliblər.
İslamazeri.com xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində yanğının həmin rayonların sakinləri – H.Məmmədov, F.Fərəcov, M.Əzizov, S.Şahəliyev və R.Mecdinov tərəfindən törədildiyi məlum olub.
Yanğın hadisələri nəticəsində ümumilikdə 2 hektara yaxın sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
Həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.