Azərbaycan nefti BAHALAŞIB

Azərbaycan nefti BAHALAŞIB
Yayınlanma tarixi: 2/19/2026 10:06:23 AM

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 ABŞ dolları və ya 2,94 % artaraq 70,95 ABŞ dolları təşkil edib.

İslamazeri.com xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin aprel fyuçerslərinin qiyməti 71,47 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,01 ABŞ dolları və ya 3,03 % artaraq 68,29 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

GÜNÜN MANŞETLERİ

Hədislərdə süfrə ədəbi
DİN

Hədislərdə süfrə ədəbi

2/19/2026 2:40:23 PM
Lavrov: İranla gərginliyin artması odla oynamaqdır
REGİON / RUSİYA

Lavrov: İranla gərginliyin artması odla oynamaqdır

2/19/2026 12:25:58 PM
Sabah pensiyalar tam ödəniləcək
ÖLKƏ

Sabah pensiyalar tam ödəniləcək

2/19/2026 11:25:00 AM
İsrail qana doymur: Fələstinliləri öldürməyə davam edir
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

İsrail qana doymur: Fələstinliləri öldürməyə davam edir

2/19/2026 10:27:32 AM
İftar duaları
DİN

İftar duaları

2/19/2026 9:48:59 AM