İslamazeri.com-un "Din" rubrikasından...
Əgər biz İmam Əli (ə) davamçıları dini təlimlərə düzgün əməl etsəydik, dünyada bir dənə də olsa qeyri-müsəlman qalmazdı."...
1. Xəyanətdən çəkinmək.
Alim və ariflərdən biri bahalı atlardan birinə minib səfərə çıxır və bir nəfəri nalə çəkən halda görür. Səbəbini soruşur və həmin şəxs deyir ki, mən əliləm və yol gedə bilmirəm. Acam və yolumu itirmişəm. Alim atdan düşür və onu ata mindirir ki, şəhərə aparsın. Həmin əlil atın yüyənini alır və atı çaparaq ondan uzaqlaşır. Alim fəryad çəkir və deyir: "Ey cavan oğlan! Dayan. Atım da, xurcunda olan da sənin olsun". Həmin kişi deyir: "Başa düşmədim. Necə yəni?!". Alim deyir: "Bu macəranı heç bir yerdə nəql etmə. Çünki heç bir atlı piyadaya və heç bir sağlam əlilə yardım etməz". Cavan atdan düşür və deyir: "Bu gün səndən böyük dərs aldım. Bu, əldə etmək istədiyim sərvətdən də üstündür. Sən həqiqətən böyük alimsən".
2. Bağışlamağı bacarmaq.
Mərhum Şahabadi bəzən onu təhqir edib, hörmətsizlik edənlərin cavabını sakit halda verərdi. Alim həmin şəxsin cavabını elə verirdi ki, qarşı tərəf onu eşitmirdi. Alimin oğlu bunun səbəbini ondan soruşur və deyir ki, sizin bu qədər ali məqamınız vardır, bəs niyə belə edirsiniz? Alim deyir: "Oğlum, mən Allahın intiqamını öz gözümlə görəndən sonra belə etməyi qərara almışam. Bir gün hamama getmişdim. Suyu üstümə tökən zaman bir qədəri yanımda olan Pəhləvi əsgərinə dəydi. O, məni təhqir etməyə başladı. Mən hamının içində onun cavabını vermək istəmədim və ona görə də onu Allaha tapşırdım. Hamamdan çıxıb evimə gəldim. Bir saat sonra bir nəfər qapıya gəldi və məndən hamama getməyimi xahiş etdi. Mən hamama gələndə gördüm ki, həmin əsgər pilləkəndən yıxılıb və dili tutulub. Mənim əl və ayağıma düşdü ki, dua edim və mən də onun üçün dua etdim. Bu zaman dili açıldı. O gündən bəri hər kim məni təhqir edir, yavaşca özüm cavabını verməyə çalışıram. Çünki Allahın intiqamından qorxuram. Axı, Allah böyük intiqam alandır".
3. Əgər başında beyin varsa, zülm etməzsən.
Bir gün yolçulardan biri bir bağın yanından keçirmiş və bağın içində bir müqəvva görür. Yolçu ondan soruşur: "Sənin ürəyin heç sıxılmır? "Müqəvva deyir: "Yox, necə məgər?" Yolçu deyir: "Səni nə sevindirir?" Müqəvva deyir: "Mən bəzən başqalarını qorxutduğum və əziyyət etdiyim üçün sevinirəm. Ancaq sən zülm edə bilməzsən". Yolçu səbəbini soruşur və müqəvva deyir: "Çünki mənim kəlləm kələşlə doludur, ancaq sənin kəllən beyinlə. Sən mənim kimi ola bilməzsən. Məgər o halda ki, kəllən kələşlə dolu olsun".
4. Bəlkə it məndən də şərəflidir?
Nəql edilir ki, Tur vadisində Musaya (ə) nida olunur: "Ey Musa! Get və Mənim ən alçaq məxluğumu gətir!". Musa (ə) gedir və bir it tapır. Özü il gətirir və yolda düşünür ki, bəlkə bu it məndən də şərəflidir? Ona görə də iti buraxır və Tur dağına geri dönür. Nida gəlir: "Ey Musa! İzzət və cəlalıma and olsun ki, əgər iti özünlə gətirsəydin, nübuvvət nurunu vücudundan çıxardardım". Ona görə də insan daxili düşməninə qalib gəlmək və inkişaf etməsi üçün təkəbbürdən uzaq olmalı və başqalarını özündən üstün bilməlidir. Məbada təhsilimizə, sərvətimizə görə qürurlanıb, başqalarını özümüzdən alçaq hesab edək.
5. Axirət - qalıcı qızıl və dünya - fani gildir.
Nəql edilir ki, Nadir şah Əfşar Seyyid Haşimə deyir: "Mən təəccüb edirəm ki, bu qədər sərvəti, şöhrəti buraxıb necə ibadət və əziyyətə üz çevirmisən?". Seyyid Haşim deyir: "Mən də təəccüb edirəm ki, sən necə axirətin qalıcı ləzzətlərindən əl çəkib fani dünya ləzzətlərinə üz çevirmisən? Həqiqətən əgər dünya fani qızıl olsa ki, deyil, qalıcı gildən yaxşı deyildirmi? Qalıcı gili fani qızıldan üstün bilirsən? Halbuki axirət qalıcı qızıl və dünya fani gildir".
6. Ən çox özünü dəyişdir, başqalarını deyil.
Alimlərdən biri belə vəsiyyət edir ki, qəbir daşına bu sözləri yazsınlar: "Uşaq olan zaman dünyanı dəyişdirməyə çalışırdım. O zaman ki, böyüdüm, gördüm ki, dünya çox böyükdür. Yaxşı olar ki, ölkəmi dəyişəm. Orta yaş həddində şəhərimi dəyişməyi qərara aldım. Onu da böyük gördüm. Yaşlaşan zaman ailəmi dəyişməyi qərara aldım. İndi ki, ölüm ayağındayam, başa düşdüm ki, gərək ilk gündən özümü dəyişdirməyi düşünərdim. Bəlkə o zaman dünyanı və başqalarını dəyişdirə bilərdim".
7. Başqalarını dindən qaçırtmayaq.
Nəql edilir ki, Şeyx Muhəmməd Bafiqi Yəzdi uzun müddət ağlayır və şagirdi ona deyir: "Müəllim, uzun zamandır ki, ağlayırsınız, niyə?" Deyir: "Göz yaşım dinə görədir ki, bu qədər dünyada dinsizlik və qeyri-müsəlmanlıq yaratmışam". Şagirdi deyir: "Nə əlaqəsi var? Sizin başqalarının dinsiz olmasında nə rolunuz olub ki?" Alim deyir: "Nalayiq əməllərimiz, yanlış rəftarlarımız, yersiz sözlərimiz bais olur ki, bu qədər qeyri-müsəlman dinə üz çevirməsin. Yanlış yola qədəm bassın. Əgər biz İmam Əli (ə) davamçıları dini təlimlərə düzgün əməl etsəydik, dünyada bir dənə də olsa qeyri-müsəlman qalmazdı. Hamı müsəlman olardı. Çünki insanlar fitrəti baxımında eşqi, sevgini, ədaləti, sədaqəti sevir. Əgər biz İslama əməl etsəydik, hamı müsəlman olardı".