“Türk Hava Yolları” Ermənistana birbaşa uçuşlara start verəcək.
“Türk Hava Yolları” Ermənistana birbaşa uçuşlara start verəcək.
İslamazeri.com xəbər verir ki, bu barədə Yerevan Hava Limanı məlumat yayıb.
Bildirilib ki, 2026-cı il 11 mart tarixindən etibarən Türkiyənin “Turkish Airlines” şirkəti Yerevan və İstanbul şəhərləri arasında birbaşa uçuşları başladacaq.
Qeyd edilib ki, İstanbul-Yerevan-İstanbul hava marşrutu üzrə reyslər hər gün olacaq, 14 may tarixindən həftəlik reyslərin sayı 10 olacaq, 15 iyundan isə həftədə 14 dəfə uçuş həyata keçiriləcək.