QMİ-nin Vatikanda nümayəndəliyinin yaradılması müzakirə edilir

QMİ-nin Vatikanda nümayəndəliyinin yaradılması müzakirə edilir
Yayınlanma tarixi: 2/16/2026 4:30:01 PM

QMİ-nin Vatikanda nümayəndəliyinin yaradılması müzakirə edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İdarənin (Qafqaz Müsəlmanları İdarəsi - red.) tarixən təsir dairəsinə daxil olan Şimali Qafqaz və Dərbənd müftilərinin, həmçinin bölgə azərbaycanlılarının istəyini nəzərə alaraq, "Dini etiqad azadlığı haqqında Qanun"a uyğun olaraq nümayəndəliklərimizin və qazılıqların fəaliyyəti genişlənib.

İslamazeri.com xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsi və Qərbi Azərbaycan İcmasının birgə tədbirində çıxışı zamanı deyib.

 

O bildirib ki, hazırda Qafqaz Müsəlmanları İdarəsinin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir: “Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir - hazırda Vatikanda nümayəndəliyimizin yaradılması məramı ilə danışıqlar aparırıq. Qafqaz Müsəlmanları İdarəsi mərkəzi Bakıda, Azərbaycanda fəaliyyət göstərən, Azərbaycandan başqa Gürcüstan, Ermənistan, Şimali Qafqaz müsəlmanlarını ehtiva edən yeganə regional ictimai-dini təşkilatdır”.

GÜNÜN MANŞETLERİ

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?
DÜNYA / TEXNOLOGİYA

Netanyahunun son videosunu Süni İntelekt hazırlayıb?

3/14/2026 12:58:35 AM
ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub
DÜNYA / HƏRBİ MÜNAQİŞƏLƏR

ABŞ iştirak etdiyi bütün müharibələrdə uduzub

3/14/2026 12:40:01 AM