İsrail rəsmilərindən ABŞ-a narazılıq: Trampın qərarlarını xəbərlərdən öyrənirik
İslamazeri.com xəbər verir ki, İsrail mediası iddia edir ki, müvəqqəti atəşkəsin uzadılması qərarını açıqlayan ABŞ prezidenti Donald Tramp bazar gününə qədər İranla sadəcə danışıqlar aparmaq deyil, razılığa gəlmək istəyir.
İsrailin dövlət televiziyası KAN, adı açıqlanmayan diplomatik mənbələrə istinadən bildirib ki, Tramp tarix göstərmədən müvəqqəti atəşkəsi bazar gününə qədər uzadıb.
Məlumata görə, diplomatik mənbə Trampın sadəcə danışıqlar aparmaq yox, İranla razılığa gəlmək istədiyini ehtimal edib.
İsrail mənbələri tərəflərin bazar gününə qədər razılığa gəlmə ehtimalının olmadığını və ABŞ-ın mövqeyində xaos hiss etdiklərini iddia ediblər. İsrail rəsmilərinin, əsasən Baş nazir Benyamin Netanyahunun ABŞ ilə tam koordinasiyalı hərəkət etdiyi iddialarına baxmayaraq, onlar etiraf ediblər ki, "Son vaxtlar Trampın hərəkətləri barədə yalnız xəbərlərdən və sosial media hesablarından məlumat alırıq".
Bu arada, Netanyahunun İsrail və Livan arasında danışıqların ikinci mərhələsindən əvvəl müvəqqəti atəşkəsin uzadılmasına razılıq verdiyi iddia edilib.
İsrailin hökumətyönlü Kanal 14 televiziyası Netanyahunun Livanla atəşkəsin uzadılmasına razılıq verəcəyini bildirib.