İran ABŞ-ın Əl-Əzraq bazasını vurub

İran ABŞ-ın Əl-Əzraq bazasını vurub
Yayınlanma tarixi: 6/11/2026 11:22:01 AM

İran ABŞ-ın Əl-Əzraq bazasını raketlərlə vurub.

İslamazeri.com xəbər verir ki, İran İnqilab Keşikçiləri Korpusunun İctimaiyyətlə Əlaqələr Bölməsi ABŞ-ın İran torpağına hücumlarına cavab olaraq Əl-Əzraq Hava Bazası və onun idarəetmə mərkəzinin 12 ballistik raketlə hədəfə alındığını açıqlayıb.

Rəsmi açıqlamada bazada yerləşən çox sayda ABŞ F-35, F-15 və F-16 qırıcı təyyarəsinin, eləcə də mühüm hərbi obyektlərin məhv edildiyi qeyd edilib.

Bəyanata görə, hərbi əməliyyat ABŞ ordusunun Kərəc və Nəzərabad yaxınlığındakı istirahət obyektinə, istehsal kompleksinə və kazarmaya, eləcə də Pişva rayonundakı yerli İnqilab Keşikçiləri bazasına raket hücumlarına cavab olaraq həyata keçirilib.

"Təcavüzkarı cəzalandırmaq" məqsədi daşıyan əməliyyat bu səhər İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri tərəfindən həyata keçirilib.

İran xalqına ünvanlanan bəyanatda vətəndaşların "100 gündən çox müddət ərzində möhtəşəm döyüş meydanında göstərdikləri qətiyyət, müqavimət və uzaqgörənlik"ə görə tərifləndiyi bildirilir.

Bəyanatda həmçinin düşmənin hərəkətlərini davam etdirəcəyi təqdirdə hərbi əməliyyatların davam edəcəyi bildirilir.

GÜNÜN MANŞETLERİ

İran: Yəmən böhranının hərbi həlli yoxdur
REGİON / İRAN

İran: Yəmən böhranının hərbi həlli yoxdur

7/26/2026 11:03:29 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

7/26/2026 10:00:25 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM