İran: Yəmən böhranının hərbi həlli yoxdur

İran: Yəmən böhranının hərbi həlli yoxdur
Yayınlanma tarixi: 7/26/2026 11:03:29 AM

İran: Yəmən böhranının hərbi həlli yoxdur.

İslamazeri.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Yəməndəki humanitar böhran və regional gərginliyin artması ilə bağlı xəbərdarlıqlar edib.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Səudiyyə Ərəbistanı ilə Yəmən arasında son gərginlikdən dərin narahatlığını ifadə edərək, bölgədə qeyri-sabitliyin qarşısını almaq üçün Yəmən böhranına ədalətli həll yoluna ehtiyac olduğunu vurğulayıb.

Bekayi Yəmən böhranının hərbi yolla həllinin olmadığını və dialoq prosesinə qayıtmağın və razılaşdırılmış yol xəritəsinin tam şəkildə həyata keçirilməsinin regional təhlükəsizliyin təmin edilməsi və Yəmən xalqının əzablarına son qoymağın yeganə yol olduğunu bildirib.

O, Yəmənə qarşı tətbiq edilən blokadaya və əsas ehtiyaclara çıxışa qoyulan məhdudiyyətlərə diqqət çəkərək, bunun dərin humanitar böhrana səbəb olduğunu vurğulayıb və bu məhdudiyyətlərin tamamilə aradan qaldırılmasına çağırıb.

GÜNÜN MANŞETLERİ

İran: Yəmən böhranının hərbi həlli yoxdur
REGİON / İRAN

İran: Yəmən böhranının hərbi həlli yoxdur

7/26/2026 11:03:29 AM
Xəzər dənizində zəlzələ olub
ÖLKƏ / HADİSƏ

Xəzər dənizində zəlzələ olub

7/26/2026 10:00:25 AM
SABAHIN HAVASI
ÖLKƏ / MÜXTƏLİF

SABAHIN HAVASI

7/25/2026 1:29:54 PM